• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1844
— 11.02.2017 16:08

Ölkənin orta məktəblərində şagirdlərin bilik səviyyəsi yoxlanılır

KepezTV Player

Rusiyanın Azərbaycandakı səfirliyi və Təhsil Nazirliyinini birgə təşəbbüsü ilə Rus dili və ədəbiyyatı fənni üzrə 9-ci Respublika olimpiadasına start verilib.

Gəncədəki Olimpiadaya şəhər, eləcə də Göygöl, Daşkəsən, Samux və Goranboy rayonlarında tədrisin Azərbaycan dilində aparıldığı məktəblərin 7-8, rus dilində olan məktəblərin isə 8-ci sinif şagirdləri qatılıb. Ümumlikdə 271 şagird 2 mərhələ olmaqla test və yazı bacarıqlarını nümayiş etdiriblər.

Valentin Denisov -Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri: “Təşkil olunan olimpiada Azərbaycanın bütün bölgələrini əhatə edəcək. Son 3 gün ərzində Qazax rayonunda və Şəmkirdə bu olimpiadanı keçirdik. Bu gün də Gəncədə regionun məktəbliləri arasında baş tutan olimpiadaya maraq çox böyükdür. Məqsədimiz rus dilini Azərbaycanda təbliğ etmək və bu dildə təhsil aparılan məktəblərə kömək etməkdir. Çünki Azərbaycanla Rusiya arasında mövcud olan dostluq körpüsündə dil amili çox vacibdir”.

Şagirdlər də rus dili və ədəbiyyatı barədə biliklərini nümayiş etdirmək üçün sınaq xarakteri daşıyan olimpiadanın keçirilməsini müsbət qarşılayır.

Fərid İsgəndərov -olimpiada iştirakçısı: “Bu cür olimpiadaların bizim məktəbdə keçirilməsi bizim üçün böyük əhəmiyyət daşıyır. Və bizim rus dili ilə bağlı biliklərimizi daha da artırır”.

Jalə Məmmədova -olimpiada iştirakçısı: “Mənim üçün çox maraqlı idi olimpiadada iştirak etmək. Suallar çox maraqlı və dolğun idi. 1-ci mərhələdə 18 sual varıydı rus dili haqqında, çalışdığım qədər suallara düzgün cavab verdim.

 Gülcan Məmmədova- olimpiada iştirakçısı: ”Olimpiadada iştirak etməkdən çox məmnunam. Təşkilatçılara çox sağol deyirəm ki, biz məktəblilər üçün belə bilik yarışları təşkil edirlər”.

 Olimpiadanın zonalar üzrə baş tutan seçimlərinin qalibləri respublika mərhələsinin mayda keçiriləcək yekun turuna vəsiqə qazanacaq. Qaliblər isə Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yay tətilində şimal qonşumuzun müxtəlif şəhərlərində gəzinti imkanı qazanmış olacaq.

Xaliq Qurbanlı