• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 09.02.2017 15:49

Sabit məbləğdən istifadə edən vergi ödəyiciləri kimlərdir?

KepezTV Player

12 saylı Ərazi Vergilər Departamentinin nümayəndələri Göygöldə bələdiyyə rəhbərləri ilə bu başlıq altında görüşüblər. Rayon üzrə 24 bələdiyyə rəhbərinə sabit vergi ödəyiciləri haqda məlumat verilib. Onların siyahısına əlavə işçi cəlb etməyən pinəçi, məişət cihazları təmirçisi, fərdi sürücü, bağban, aşbaz, ev qulluqçusu, uşaq baxıcısı və s. daxildir. Vergi Məcəlləsinə edilən bir sıra dəyişikliklər müzakirə predmeti olub. Bələdiyyə nümayəndələrinə 31 mart tarixinə qədər vergi borclarının silinməsi qaydaları da izah edilib.

Rauf Mirzəyev -12 saylı Ərazi Vergilər Departamentinin Vergi Ödəyicilərinə Xidmət və Şəffaf Vergi Portnyorluğu İdarəsinin direktoru: “Çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicilərinin sabit məbləği 30 manatdır. Bu Gəncə şəhərində bu əmsalın 1,5 misli, Göygöl rayonunda 0,5-dir. Yəni Göygöldə həmin vergi ödəyiciləri 15 manat, Gəncə şəhərində isə 45 manat vergi ödəməlidirlər. Əgər hər ikisində işlədiyi halda ən yüksək rəqəmlə, tutaq ki, Gəncədəki məbləğlə müvafiq qəbz almalıdırlar”.

Xəyalə Mürsəl