• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2423
— 07.02.2017 23:40

Qazaxda bədbəxt hadisə baş verib

KepezTV Player

Qazaxda baba ov tüfəngi ilə ehtiyatsız davranaraq öz nəvəsini güllələyib. Bədbəxt hadisə rayonun 2-ci Şıxlı kəndində baş verib. Kənd sakini 70 yaşlı Səyyad Nəsibov 7 yaşlı nəvəsi Səyyad Nəsibli ilə ova gedərkən “TOZ 34” markalı tüfənglə azyaşlının ayağından vurub. Yaralı əvvəlvə Qazax Diaqnostika Müalicə Mərkəzinə, daha sonra isə Gəncədəki xəstəxanaların birinə yerləşdirilib. Sol ayağın baldır nahiyəsindən güllə yarası alan uşağın ayağı amputasiya edilib. Fakt araşdırılır.