• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 07.02.2017 16:28

“XX əsrdə transmilli erməni terrorizminin tarixi” kitabının təqdimatı olub

KepezTV Player

Gəncədə Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizminin tarixi” kitabının təqdimatı olub. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi reallaşan təqdimatda müəllifin beynəlxalq və erməni terrorizmini araşdıran tanınmış mütəxəssislərdən biri olduğu önə çəkilib. Kitab Oleq Kuznetsovun geniş oxucu auditoriyası üçün yazılan ilk elmi əsəridir. Erməni millətçilərinin törətdiyi cinayətlərin təhlili və dəyərləndirilməsi, ermənilərin terrorizmə yönəlməsi və hazırda qüvvədə olan beynəlxalq hüquq normaları nəşrdə əsas götürülüb. Kitab hazırlanarkən Azərbaycan və Rusiyada olan arxiv və məhkəmə materiallarından da istifadə olunub. “XX əsrdə transmilli erməni terrorizmi tarixi” kitabının təqdimat mərasimi diskusiya şəkilində davam edib.

Oleq Kuznetsov- "XX əsrdə transmilli erməni terrorizminin tarixi” kitabının müəllifi: “Bu monoqrafiya hazırlanarkən, erməni millətçilərinin müxtəlif dövrlərdə törətdiyi cinayətlərin təfərrüatlarının bir araya toplandığı kompilyativ əsər olaraq nəzərdə tutulmuşdu. Lakin araşdırma apardıqca, mövcud faktları bir araya topladıqca monoqrafiya tarixi-kriminal xarakterli elmi araşdırmaya çevrildi. Bu kitabda həm tarixi faktlar, həm də istintaq materialları yer alıb. Buna görə də düşünürəm ki, kitab qeyd olunan mövzunun araşdırılması və öyrənilməsi istiqamətində faydalı olacaq”.

Gülnar Fazilqızı