• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1709
— 05.02.2017 21:36

Gəncədə yol qəzası baş verib 2 nəfər xəsarət alıb

Hadisə Gəncə -Göygöl yolunun 1-ci kilometrliyində baş verib. Şəhər sakini 31 yaşlı Seymur Bayramov  idarə etdiyi Toyota Prado marlka avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil yoldan cıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun sərnişini şəhər sakini 34 yaşlı Tural Kazımov  müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər TTYX-ya gətiriliblər. İlkin tibbi yardım göstərilən yaralılardan vəziyyəti ağır olan Seymur Bayramov    şəhərdəki özəl xəstəxanalardan birinə göndərilib.

Mehman Hüseyinov - həkim: "Yol hərəkəti hadisəsi ilə bağlı şöbəmizə 2 nəfər daxil olub.  Xəstələrdən biri  31 yaşlı Seymur Bayramov döş qəfəsinin küt travması, qarın boşluğunun küt travması, qabırğaların çoxsaylı sınığı ilə daxil olub. Xəstənin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb. Digər xəstənin xəsarətləri yüngül olduğu üçün ambulator müalicəyə göndərilib."