Gəncədə xalçaçılığın kütləvi istehsalından danışmaq olmur. Heydər Əliyev və Məhsəti Mərkəzlərində gənc nəslə bu sənət öyrədilməklə yanaşı, şəhərdəki Teksil Fabrikindəki xalça sexində istehsal da həyata keçirilir. O da çətinliklə. Sovetlər dönəmində Gəncə xalçaları xüsusilə fərqlənib. Şəhər büdcəsinin 30%-i Xalça Kombinatının payında düşürdü.1964-cü ildən 1989-cu ilə qədər tam gücü ilə işləyən və 4 min əhalinin məşğulluğunu təmin edən kombinat 28 ildir ki, istifadəsizdir. Gəncə Şəhər İcra Hakimiyyətinin məlumatına görə, kombinatın müasir səviyyədə bərpası nəzərdə tutulur.
Mobil İmanov -xalça kombinatının işçisi: “Xalçanın qiyməti əvvəl 180 manat idi, 6 kvm-dən söhbət gedir. Sonra gördülər yaxşı gedir, elədilər 240, daha sonra 480 manata qaldırdılar. O dövrün puluyla deyirəm, sonra 750 manata oldu. Gördülər ki, bazar var, ikinci növbəni işə saldılar. Layihə gücü ildə 750 min kvadratmetr olan kombinatda 2 milyon 100 min kvadratmetr xalça hazırlanıb. Xalçalar postsovet ölkələri ilə yanaşı ümumilikdə 175 şəhərə göndərilirdi”.
Xəyalə Mürsəl
- Baxış: 2649