• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 01.02.2017 16:36

Gəncədə hökm sürən qarlı- şaxtalı hava həkimə müraciət edənlərin sayını artırıb

KepezTV Player

Qarlı- şaxtalı hava sürüşərək yıxılma və nəticədə travma alma təhlükəsi də yaradır. Yollarda ehtiyatı əldən vermək sonda həkimə müraciətlə nəticələnə bilər. Elə son 2 gündə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına edilən müraciətlərin sayında qeydə alınan artım piyadaların yıxılaraq aldıqları xəsarətlərlə bağlıdır. 15-ə yaxın vətəndaş sürüşərək yıxıldığından tibbi yardıma ehtiyac duyub. Xəstəxananın travmatologiya şöbəsinə əsasən əl və ayaq biləklərinin burxulması və sınığı diaqnozu ilə daxilolmalar olub. Həkimlər bəzi kiçik təhlükəsizlik tədbirlərinə əməl etməklə ciddi xəsarət almaqdan qaçmağın mümkünlüyünə diqqət çəkir.

Məharət Kərimov -travmatoloq: “Travmanın xarakterini aydınlaşdırsaq belə qənaətə gələrik ki, insan buzda sürüşdüyü zaman əlini qabağa atır. Belə olan halda mil bilək oynaqları, dirsək oynaqları birbaşa travmaya məruz qalır. Ona görə də əllərin cibdə olması məsləhət görülmür. Buz üzərində yeriyərkən diqqətli olsunlar”.