• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 01.02.2017 16:24

Səyyar “ASAN qatar” bu gündən ilk dəfə olaraq Qazaxda fəaliyyətə başlayıb

KepezTV Player

Bu gündən etibarən Səyyar “ASAN qatar” ilk dəfə olaraq Qazax şəhərində 15 gün müddətində vətəndaşlara xidmət göstərəcək. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Hava şəraitinin qarlı və soyuq olmasına baxmayaraq elə ilk gündən rayon əhalisinin fəallığı müşahidə olunur. Asan qatarın xidmətlərindən Qazaxla yanaşı Şəmkir, Ağstafa və Tovuz rayonlarının sakinləri də faydalana bilər. Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur. Qatar Qazaxdan sonra Tovuz rayonunun Qovlar şəhərində əhaliyə xidmət göstərəcək.

Natiq Hüseyn