• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 990
— 31.01.2017 14:53

Gəncədə “Sağlam böyüyən gənclik” layihəsi reallaşıb

KepezTV Player

“Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam böyüyən gənclik” layihəsinin növbəti tədbiri Gəncədə baş tutub. Gəncləri reproduktiv sağlamlıq haqqında maarifləndirmək, infeksion xəstəliklər haqqında biliklərini artırmaq, onları sağlam yaşam tərzinin təbliğinə cəlb etmək layihənin hədəfidir. Bu hədəfə nail olmaq üçün gəncləri maraqlandıran sualların cavablandırması və onlara verilən tövsiyyələr də mühüm hesab edilir. 

Mehman Abbaszadə