Gənclərin biznes planı, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi. Bütün bunlar Gəncədə uğurlu karyera əldə etmək üçün bir araya gələn gənclərlə müzakirə olunub. "Gənclərin Sosial Problemlərinin Həllinə Kömək" İctimai Birliyi tərəfindən təşkil olunan təlimlərdə region gənclərinin peşə və bilik bacarıqlarının artırılması, onların karyera, eləcə də məşğulluq imkanları dəyərləndirilib. 2 gün davam edəcək təlimlərdə aktiv iştirakçılar seçilərək yerli istehsalat müəssisələrinə yönləndiriləcəklər. Təlim Gəncə şəhəri ilə yanaşı Şəmkir və Qazaxda da baş tutacaq. Məqsəd iqtisadi resursları yüksək, lakin iqtisadi göstəriciləri qismən aşağı olan region gənclərinin karyera imkanlarını genişləndirməkdir.
Əhməd Mansurov- "Region gənclərinin uğurlu karyerasına dəstək layihəsi"nin eksperti: “Layihənin bır sıra vəzifələri var. Bunlardan birincisi ondan ibratədir ki, gəncləri yaşadıqları regionun istisadi üstünlüyü, qanunvericilik baxımından, sosial-iqtisadi baxımdan yaradılan güzəştlər haqqında məlumatlandırmaqdır. Onlara uğurlu karyera quruculuğunda motivasiya təlimlərin keçirilməsi, eyni zamanda gələcəkdə karyera mərkəzlərinin yaradılmasıdır".
Xaliq Qurbanlı
- Baxış: 931