• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 30.01.2017 15:59

Bolqarıstanın Azərbaycandakı səfiri Gəncəyə qeyri-rəsmi səfər edib

KepezTV Player

Xanım Maya Xristova bu il iki ölkə arasında qurulan diplomatik əlaqələrin 25 illiyi münasibətiylə ölkənin şəhər və rayonlarını gəzmək niyyətindədir. Adət-ənənələr, mədəniyyət və tarixi özündə ehtiva edən bir sıra materialların hazırlanması, layihələrin reallaşdırılması da planlaşdırılır. Bilik Fondunun xətti ilə baş tutan səfərin məqsədi də Azərbaycanın bölgələrini daha yaxından tanımaqdır. İlk səfərin Gəncəyə təşkili də təsadüfi deyil. Xanım diplomat Gəncənin tarixi abidələri, gəzməli-görməli yerləri ilə tanış olub, milli mətbəxin nümunələrindən dadıb. Səfir Nizami yurdundan xoş təəssüratlarla ayrılıb. 

Maya Xristova- Bolqarıstanın Azərbaycandakı səfiri: “Biz bilirdik ki, Gəncə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Lakin, etiraf edim ki, gözlədiyimdəm daha çox şey gördüm. Gəncə həqiqətən çox gözəl şəhərdir. Zəngin mədəniyyət və tarixiliklə yanaşı, şəhərdə həyat eşqi, sakitlik hiss olunur. Bir sözlə, Gəncənin özünəxas aurası var. Gördüklərim məni heyran etdi”. 

Gülnar Fazilqızı