• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 30.01.2017 15:09

Almaniyadan ölkəmizə daha 176 baş damazlıq heyvan gətirilib

KepezTV Player

"Aqrolizinq"in Gəncədəki Təchizat Bazasına damazlıq heyvanların növbəti partiyası, 176 baş Holşden Friz cinsindən olan südlük heyvanlar gətirilib. Gəncə şəhər Baytarlıq İdarəsinin həkimləri heyvanlardan seroloji müayinələr üçün qan nümunələri götürüb, dabaq əleyhinə peyvənd vurublar. Cins mallar bir ay karantin müddətində baytar həkimlərin nəzarəti altında olacaq. Daha sonra isə lizinq yolu ilə fermerlərə satılacaq. Məhsuldarlığı ilə seçilən iribuynuzlulara təlabat artdığından, Kənd Təsərrüfatı Nazirliyi ildən-ilə idxal olunan heyvanların sayını artırır.  Təkcə ötən il Gəncə Regional Təchizat bazasına Almaniya və Avstraliyadan ətlik və südlük istiqamətli 746 baş heyvan gətirilib.

Bayandur Rzayev- Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi: “Prezidentin ayırdığı vəsait hesabına ölkəmizə damazlıq məqsədi ilə gətirilən cins malların növbəti partiyasını qəbul etdik. Heyvanlar gəlməzdən təchizat bazasında proflatik tədbirlər yerinə yetirilib. Ərazidə tam olaraq mexaniki təmizləmə işləri parılıb. Termiki işləmələr gedib və kimyəvi dezinfeksiya olunub. Ümumi baxış keçirilib. Heyvanlar normaldır. Südlük istiqamətli olmaqla, 18-20 aylıq düyələrdir”.

 

Natiq Hüseyn