KepezTV Player
Goranboy, Bərdə və Yevlax sakinləri təklif və şikayətlərini Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova çatdırıb. Goranboyda baş tutan vətəndaş qəbulunda dövlət əmlakını özəlləşdirmək, hərrac prosedurları, daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Hərraclar yolu ilə müəssisə və obyektlərin, eləcə də qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi istəyi də səsləndirilib. Komitə sədri bir neçə vətəndaşın onların istifadəsində və ya icarəsində olan əmlakı özəlləşdirmək barədə müraciətlərini nəzərdən keçirərək, həlli ilə bağlı tapşırıq verib. Eləcə də, özəlləşdirmə prosesində zəruri hüquqi mərhələlər və sənədlərin alınması məsələləri də vətəndaşlara izah olunub.
Natiq Hüseyn
- Baxış: 1426