• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1736
— 28.01.2017 14:24

AZAL Gəncə və Qəbələyə uçuşları davam etdirəcək

KepezTV Player

Qurumun mətbuat xidmətindən aldığımız məlumata görə, fevralın 15-dən etibarən, Bakı-Gəncə marşurutu, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşurutu üzrə müntəzəm reyslər yerinə yetiriləcək. Bakıdan Gəncəyə bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə isə cümə və bazar günləri uçuşlar olacaq. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş saat 11:05–də, Gəncə Beynəlxalq Hava Limanına enmə - saat 12:05-də. Gəncədən uçuş - saat 13:05-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 14:05-də. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşurutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyənləşdirilib.