• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 966
— 28.01.2017 11:58

Xanım güləşçimizdən bürünc medal

Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir. Sayca 28-ci dəfə təşkil edilən beynəlxalq turnirin qadın güləşi yarışlarında ölkəmizi 69 kq çəkidə Elis Manolova təmsil edib.İlk görüşündə ABŞ güləşçisinə uduzan idmançımız rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monqolustanlı rəqibini məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici mərhələdə Elis Rusiya təmsilçisini də üstələyərək turnirin bürünc medalına yiyələnib.

 

 

Orxan Cəfərzadə