• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 719
— 27.01.2017 18:18

Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib

KepezTV Player

Qəzanın görüntüləri yol kənarında yerləşən dükanın müşahidə kameralarına anbaan düşüb. Bakı istiqamətində hərəkətdə olan “NAZ-Lifan” markalı avtomobilin sürücüsü Biləsuvar rayon sakini 49 yaşlı Mirzə Məmmədov idarəetməni itirərək nəqliyyat vasitəsini yolun solunda yerləşən dükanın qarşısında olan  3 avtomobilə çırpıb. Hərəkətsiz olan iki Vaz 21 06 və bir Vaz 21 07 markalı üç maşın yararsız vəziyyətə düşüb.Xoşbəxtlikdən avtomobillərdə sərnişin olmadığından xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı