• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 978
— 27.01.2017 15:10

Samux rayonunda əhalinin müraciət və təklifləri dinlənilib

KepezTV Player

Məqsəd problemlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsidir. Samux şəhər icra nümayədəliyi tərəfindən təşkil olunan toplantı yuxarı instansiyalara müraciətlərin azalmasına xidmət edir. Vətəndaşlar yeni salınan yaşayış massivlərinin qazlaşdırılmasını, ətraf küçə və prospektlərin abadlaşdırılmasını, əlavə subartezian quyularının qazılmasını, ehtiyac duyulan yerlərdə elektrik təsərrüfatının yenilənməsini təklif ediblər. Bütün müraciətlər dinlənildikdən sonra həlli istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdə ötən bir il ərzində Samuxda keçirilən genişmiqyaslı quruculuq abadlıq işlərindən də danışılıb.

Xəyalə Məmmədova