• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 27.01.2017 15:37

Gəncədə Əziz Əliyevin xatirəsi anılıb

KepezTV Player

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin Azərbaycan elminə, səhiyyəsinə verdiyi töhfələr Gəncədə anılıb. “Cəmiyyətin təbibi” adlandırılan dövlət xadiminin 120 illik yubileyinə həsr olunan elmi-praktiki konfransda onun respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasında böyük roluna diqqət çəkilib, həyat və fəaliyyətindən geniş bəhs olunub. Vurğulanıb ki, Azərbaycan səhiyyəsinin bütöv bir dövrü məhz Əziz Əliyevin adı ilə bağlıdır. Konfransın gedişində görkəmli elm xadiminin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları müxtəlif xəstəliklərin müalicəsinə dair məruzələrlə də çıxış ediblər.

Nazim Qasımov- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru: “Bizim institut da Əziz Əliyevin adını daşıyır. Əlbəttə ki, biz bu tədbirlərin önündə olmalıyıq. Artıq institutun təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrində - Quba, Lənkəran və digər şəhərlərində bir çox səyyar konfranslar keçirilibdir. Bu gün də institutun kollektivi bu görkəmli şəxsin yubileyini Gəncədə keçirir”.

Elton Cabbarlı