• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1082
— 26.01.2017 14:28

Futbol mövsümünün ikinci yarısına əvəzedicilərlə start verilir

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır.  3-cü dövrədə ilk olaraq mübarizəyə klubların əvəzedici heyətlərinin yarışı ilə start veriləcək.

Mövsümün ikinci yarısına Gəncədə hazırlaşan "Kəpəz"in əvəzediciləri 15-ci tur çərçivəsində səfərdə "İnter"lə qarşılaşacaq. Həftəboyu Bakı klubuyla oyuna köklənən sarı-göylər oyunöncəsi son məşqinə çıxıb. Təxminən 1 saat sürən hazıqlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib.

Azər Məmmədov- "Kəpəz"in əvəzedici komandasının baş məşqçisi: “Hazırlığımız istədiyimiz qaydada keçib. Təlim-məşq toplanışında yoxlama görüşlərinə də çıxdıq. Bu həftə bizim üçün oyun həftəsi idi, ona görə də işimizi buna uyğun görmüşdük. İlk oyunda işimizin bəhrəsini görmək istəyirik”.

Qış hazırlığı dövründə dubl heyətinə 3 oyunçu cəlb edib ki, onların hamısı Gəncə futbol məktəbinin yetirmələridir.

Azər Məmmədov- "Kəpəz" in əvəzedici komandasının baş məşqçisi: “Əvəzəedici heyətə layiq olan uşaqların axtarışındayıq. Klubun U-19 və U-17 komandasında iki futbolçu var, onları heyətə cəlb etmək istəyirik. Perspektivli uşaqlardır. Bir də Sahib Abbasovu komandaya qaytarmışıq”.

İlin ilk oyununda - "İnter"ə qarşı matçda baş məşqçi Azər Məmmədov yetirmələrindən qələbə gözləsə də, tələbi uğurlu nəticənin yaxşı oyunla qazanlımasıdır.  

Azər Məmmədov- "Kəpəz" in əvəzedici komandasının baş məşqçisi: “Düzdür, nəticə yaxşı olanda təbii ki, xoşdur. Əvəzedici komanda olaraq bizim işimizə stimul verən əsas komandaya futbolçu hazırlamaqdır, yetişdirməkdir. Səfər qələbə qazanmaq üçün gedirik, amma futbolçularımdan ilk tələbim baxımlı futbol nümayiş etdirməkdir, bu olsa, qələbə də gələcək”.

Turnir cədvəlində 13 xalla 6-cı yerdə qərarlaşan "Kəpəz" özündən bir pillə irəlidə olan  "İnter"lə qonşu olsa da, rəqibindən 6 xal geridədir. Bu mövsüm tərəflər arasında birinci və ikinci dövrədəki qarşılaşmalarda qalib müəyyənləşməyib. Paytaxtdakı görüş 0:0, Yevlaxdakı oyun isə 1:1 hesablı sülhlə yekunlaşıb.

Orxan Cəfərzadə