• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 26.01.2017 10:02

“Toyota Yaris” heçbeki daha da sürətli oldu

“Toyota” şirkəti yeni mühərrikli “Yaris” heçbekini anons edib. 1,5 litrlik atmosfer motor 1,33 litrlik aqreqatı əvəzləyəcək. Bununla da model daha sürətli və qənaətcil olacaq. 110 at güclü yeni mühərrik əvvəlkindən güclüdür. Heçbek indi ilk yüzü 11 saniyəyə yığır, bu göstərici öncəkini 0,7 saniyə qabaqlayır. Rəsmilərə inansaq, aydın olar ki, ortalama yanacaq sərfiyyatı 12 faiz azalıb. Ancaq dəqiq rəqəmlər açıqlanmır. Sələfi olan motorla maşın 100 km-ə 4,9 litr işlədirdi.

Cavanşir Məmmədzadə