• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 26.01.2017 10:03

Arnold Şvartsenegger üçün tamamilə elektrikli “Qalendvagen” hazırladılar

Kreisel adlı Avstriya firması məşhur aktyor Arnold Şvartseneggerin sifarişi ilə tamamilə elektriklə işləyən “Mercedes-Benz G-Class” hazırlayıb. Yolsuzluq maşını iki ədəd elektromühərrik əldə edib. Kreisel artıq özünün bir sıra elektrokarları ilə tanınır. Məsələn daha əvvəl avstriyalılar “VW Golf”, “Porsche Panamera”, “BMW 3-Series” universalı və başqa avtomobillərin elektrikli variantını işləyib təqdim etmişdilər. Kreisel şirkəti özü batareyalar istehsal edir. Şvartseneggerin yeni maşınına mühəndislər 510 kiloqramlıq, həcmi 80 kilovatt-saat olan iki batareya, həmçinin 490 at güclü elektromotorlar quraşdırıblar. Bu güc kifayətdir ki, yolsuzluq avtomobili yerindən 100 km/saat sürəti 5,6 saniyəyə yığsın. Maksimal sürət isə 183 km/saata bərabərdir. Hollivud ulduzu bu maşınla bir dəfəyə 300 kilometr yol gedə bilər. Hər şeyə rəğmən istehsalçılar ofroudun elektrikli variantını kütləvi hazırlamaq niyyətində deyillər.

Cavanşir Məmmədzadə