• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 25.01.2017 13:26

Məhkuma aparılan sovqatın içərisindən narkotik vasitə çıxdı

KepezTV Player

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları cəzaçəkmə müəssisələrindən birində olan şəxsə gətirilən sovqatın içindən narkotik maddə hesab edilən heroin aşkarlayıblar. Qanunu pozan qadın saxlanılıb.

Sovqatı gətirən Zeynal Piriyevin bacısı 57 yaşlı Zəminə Piriyeva Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib. İlkin dindirilmə zamanı qadın qardaşına apardığı ərzaq məhsullarının içərisində narkotik olmasını bilmədiyini deyib. Onun sözlərinə görə, 8 il müddətinə azadlıqdan məhrum edilən qardaşı ilə görüşə 3 aydan bir gəlir. Bu dəfə Zeynal ona zəng vuraraq sovqatı dostundan götürməsini istəyib. Zəminə Piriyeva sovqatı aldığı şəxsin adını, soyadını və telefon nömrəsini bilmədiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı