Kredit təşkilatının ofisindən seyf oğurlandı. Lənkəranda gecə saatlarında bank olmayan kredit təşkilatının içərisində 7 min 500 ABŞ dolları, 3 min 500 manat, xeyli miqdarda qızıl-zinət əşyası, rəsmi sənədlər, möhür olan seyfi oğurlanıb. Hadisə şəhərin Böyük bazar adlanan ərazisində yerləşən ofisdə baş verib. Oğrular qapını qıraraq içəriyə daxil olublar. Hadisə barədə səhər işə gələn işçilər xəbər tutublar və dərhal Lənkəran rayon Polis Şöbəsinə məlumat verilib. Hüquq mühafizə orqanı əməkdaşlarının axtarış tədbirləri ilə seyfi oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bu şəxslər təşkilatın əməkdaşı Ruslan Əzimov və onun tanışı Əkbərov Əvəz Yaşar oğludur. Oğurlanan pul və digər əşyalar onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 809