Rayon polis şöbəsi əməkdaşlarının Səpnəkəran kəndində həyata keçirdikləri əməliyyat zamanı "BMW" markalı avtomobil saxlanılıb. Baxış keçirilən zaman maşında sərnişin qismində olan 36 yaşlı Lənkəran şəhər sakini Aqşin Məmmədova aid olduğu bildirilən bağlamada 2 kq-dan artıq tiryək və güclü təsiredici xüsusiyyətlərə malik 100 qram metamfetamin aşkar edilərək götürülüb. Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. Aqşin Məmmədovun narkotik vasitəni İran vətəndaşı Rza adlı şəxslə əlbir olaraq hələlik istintaqa məlum olmayan mənbədən əldə etdiyi bildirilir. Narkotik maddi sübut kimi götürülərək ekspertizaya təhvil verilib.
Toğrul Hüseynov- müstəntiq: “Faktla bağlı tərəfimizdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb. Hazırda onun narkotik vasitəni kimdən əldə etdiyi araşdırılır”.
Vüsalə Camal
- Baxış: 488