• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 24.01.2017 13:48

Cəlilabadda təsərrüfat sahibi qarət olundu

KepezTV Player

Cəlilabadın Cəfərxanlı kəndində tövləyə daxil olan naməlum şəxs və ya şəxslər oradan Şakir Mehdiyevə məxsus iki baş iribuynuzlu heyvanı oğurlayıblar. Təsərrüfat sahibi deyir ki, on baş mal-qara arasında satışa çıxarmaq üçün ətlik kimi bəslənən ən iri heyvanlar aparılıb. Oğurluq nəticəsində, təsərrüfat sahibinə iki min manata yaxın ziyan dəyib. Polisə hadisə ilə bağlı məlumat verilib. Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalara başlanılıb.

Vüsalə Camal