• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 24.01.2017 10:02

Virtual reallıq eynəkləri 24 il əvvəl də mövcud olub

Geyiləbilən texnologiya olan virtual reallıq eynəkləri, son vaxtların ən məşhur məhsullarından biridir və belə görünür ki, gələcəkdə onlara daha çox rast gələcəyik. Biz bu cihaza əslində son bir neçə ildə alışmağa başlamışıq. VR avadanlıqlarını ən çox məşhur edən “Oculus Rift”-in kifayət qədər ön plana çıxmasından sonra VR və AR cihazlarında sanki bir partlayış yaşanıb və geyiləbilən texnologiya sektoru da bu partlayışın təsiri ilə sürətlə yüksəlib. Ancaq virtual reallıq eynəklərinin sələfləri çox daha keçmişə gedib çıxır. 1993-cü ildə texnologiya ilə həddindən çox maraqlanan xəyalpərəst bir gənc, VCR idarə panelini və lensləri uğurlu bir formada istifadə edərək özünə əl işi virtual reallıq eynəyi hazırlayıbmış.

Cavanşir Məmmədzadə