• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2250
— 24.01.2017 10:03

150 dollarlıq bu telefonun enerjisi iki gün kifayət edir

“Xiaomi” şirkəti enerjisi 2 gün kifayət edəcək “Redmi Note 4” smartfonunu təqdim edib. Full HD ekranlı 5,5 düymlük aparatın dizaynı “Mi Max” fabletini xatırladır. Yenilik metal korpus, önü isə şüşə panellə əhatələnib. “Note 4”-ün qapağı altında “Adreno 506” videosürətləndiricisi olan “Snapdragon 625” prosessoru və 4100 mAs həcmli batareya yerləşir. Smartfonda hətta yarım saat oyun oynasınız, korpus yenə soyuq qalacaq. Arxa qapaqda 13 meqapiksellik fotomodul quraşdırılıb, onun pikseli isə əvvəlkindən 25% daha çoxdur. 5 Mp-lik ön kameraya sahib olan aparat iki SIM-kartı dəstəkləyir. “Note 4”-ü üç konfiqurasiyada əldə etmək olar: 2 Qb operativ və 32 Qb daxili yaddaş 146 dollara, 3 və 32 Qb-lıq 161 dollara, 4 və 64 Qb-lıq isə 190 dollara təklif edilir. Mobil aparat artıq sifarişə hazırdır.

Cavanşir Məmmədzadə