• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1095
— 23.01.2017 15:36

Yeni yaradılan “fəallar sinfi”nin nəticələri ürəkaçandır

KepezTV Player

Fəallar sinfi. Yeni olan bu layihənin icrasına məcburi köçkün rayonları arasında ilk olaraq Kəlbəcərin orta məktəblərindən birində başlanılıb. Yaradılan sinifin şagirdlərinin müsbət nəticələri də var.
Fərid İlyasov- şagird: “Üç dəfə imtahanda iştirak etdim və iksində birinci yerin qalibi oldum. Burada bizim məqsədimiz odur ki, yaxşı bal yığaq və bu sinifdə qalaq”.

Kəlbəcər rayon 11 nömrəli tam orta məktəbdə yaradılan fəallar sinfində oxuyan şagirdlər üçün yeni qayda belədir. Ötən tədris ilindən yaradılan sinifdə 22 şagird təhsil alır. Bu şagirdlər məktəb üzrə ən yaxşı oxuyanlardır. 6-cılara dərslər kurikulum proqramı əsasında keçirilir və onlar əlavə məşğələlərə də cəlb edilir.

Afət Mirzəyeva- müəllim: “Üzərimizdə məsuliyyət daha çoxdur. Çünki, dərsdənkənar məşğələlərdə də tez-tez riyaziyyatdan əlavə suallar hazırlayırıq. Bu uşaqlarla məşğul oluruq. Uşaqlar bilmədiyi sualları bizdən soruşurlar, daim öyrənirlər”.

Həcər Alışova- şagird: “Sınaqlardan keçirik. Bu zaman çox yaxşı nəticələr toplayırıq. Bunun üçün müəllimlərimizə təşəkkür edirik ki, bizi öyrədirlər. Biz yaxşı nəticələr toplayaraq məktəbimizin adını yüksəldirik”.

Belə sinfin yaradılması barədə təşəbbüs məktəb rəhbərliyi tərəfindən irəli sürülüb. Bu sinifə qəbul üçün 48 şagird arasında test yolu ilə imtahan keçirilib.

Əlzamin Qarayev- məktəbin direktoru: “Ayda bir dəfə fəallar sinfində test imtahanı keçiririk. Getdikcə görürük ki, burada müsbət nəticələr əldə olunur. Rayon məktəbləri arasında və başqa yerlərdə keçirilən yarışa hazırlamaq üçün şagirdləri bilik yarışlarına göndəririk. Müəllimlər də onlarla daha fəal çalışır. Bu fəallıq hər yerdə görünür”.

Fəallar sinifi Rayonun Təhsil Şöbəsinin də nəzarətindədir. Keçirilən açıq dərslərdə rayonun seçilən müəllimləri iştirak edir.

Bəylər Əliyev- Kəlbəcər Rayon Təhsil Şöbəsinin məsləhətçisi: “Bu barədə ötən il 11 nömrəli tam orta məktəbdən Təhsil Nazirliyinə müraciət edilib və bu layihə tərəfimizdən bəyənilib. Monitorinq qrupumuz var. Bunların istər açıq dərslərdə, istər intizamda, istər digər fənnlərə yanaşmanın hamısı nəzərdən keçirilir. Bu sinif bir növ nəzarətdə saxlanılır. Yəni inzibatilik kimi yox, müşahidə olunur ki, görək bunun nəticəsi necə olur. İlk öncə yaxşı nəticələr verir. Biz çalışacağıq ki, gələcəkdə belə sinifləri imkan olan yerlərdə artıraq”.

Orta məktəbi ötən tədris ilində bitirən 32 məzundan 18-i ali məktəblərə daxil olub.
Elnur Vahidoğlu