• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1187
— 23.01.2017 13:20

Yaşayış binası və fərdi yaşayış evi yandı

KepezTV Player

Yaşayış binasında baş verən yanğın sakinlərə qorxulu anlar yaşadıb. Fərdi evin alışması isə bir ailəni pis vəziyyətdə qoyub.

İmişlinin Tofiq İsmayılov küçəsində yerləşən 6 mərtəbəli, 20 mənzilli yaşayış binasında yanğın baş verib. Alov tikilinin ikinci mərtəbəsində, Elçin Kazımova məxsus ümumi sahəsi 140 kvadratmetr olan 4 otaqlı mənzili ağuşuna alıb. Evin 20 kvadratmetrlik hissəsi əşyalarla birgə yararsız hala düşüb. Əraziyə İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Sakinlər binadan təxliyə olunub. Alov söndürülüb, digər mənzillərə keçməsinin qarşısı alınıb.

Zaqatalada isə fərdi yaşayış evində yanğın olub. Hadisə rayonun Mosul kəndində Süleyman Məmmədova məxsus, ümumi sahəsi 156 kv/m olan birmərtəbəli, 6 otaqlı evdə baş verib. Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti əraziyə cəlb edilib. Evin dam örtüyü və tavanından 32 kv/m-lik sahə yararsız hala düşüb. Tikilinin qalan hissəsi alovdan mühafizə olunub.

Faktlarla bağlı araşdırma aparılır.
Vüsalə Camal