• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 23.01.2017 10:01

“Samsung Galaxy S8” necə görünəcək?

"Samsung" şirkətinin “Samsung Display” şöbəsi yeni “AMOLED” panellərin videolarını təqdim edib. Videolarda gizli smartfonu görmək olar. Mütəxəssislərin fikrincə, smartfon, hələ ki, anonsu olmayan “Galaxy S8”-dir. Nazik çərçivəyə sahib və "Home" düyməsindən məhrum olunmuş smartfonun bundan əvvəl fotoları sızdırılmışdı. Videolarda görüntülənən smartfon həmin sızdırılmış fotolardakı modelə çox bənzəyir. Ola bilər ki, videolarda sadəcə olaraq “Galaxy S8”-in prototiplərindən biri təqdim olunub. Şirkətin öz “AMOLED” panellərini kənar smartfon istehsalçısının məhsulu vasitəsilə reklam etməsi ehtimalı da çox azdır. Yeni "Samsung" flaqmanının digər özəlliklərini də görmək olar. Belə ki, ön panelin yuxarı hissəsində səsgücləndirici, smartfonun kənarlarında isə “USB Type-C” və 3.5 mm-lik audiogiriş var. Yeni model “Galaxy S7”-dən daha nazik görünür. Şirkət, “Galaxy S8”-i mart ayının sonunda təqdim etməlidir. Onun satışları isə aprel ayında başlaya bilər. Qiymətinin 850$ güman olunur.

Cavanşir Məmmədzadə