• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2050
— 23.01.2017 10:02

Sürücüsüz “Chevrolet Bolt” San-Fransisko küçələrində şütüdü

“General Motors” şirkəti “Cruise Automation”la müştərək “Chevrolet Bolt” elektrokarını San-Fransisko küçələrində sınaqdan keçirib. Test zamanı salonda GM-in prezidenti Den Ammann əyləşib. Videoçarxdan göründüyü kimi, avtonom “Chevrolet Bolt” küçələrdə şütüyür, maşınları ötür, piyadalara və velosipedçilərə yol verir, hərəkət zolağını dəyişir və dönür. “General Motors” konserni elektrokarı ilk pilotsuz taksi kimi istifadə etməyi planlaşdırır. Layihədə həmçinin “Lyft” adlı taksomotor şirkəti də iştirak edəcək. “Chevrolet Bolt 200” at güclü elektromotor və 60 kilovatt-saat həcmi olan batareya ilə təchiz edilib. Bu cür akkumlyatorla maşın bir dəfəlik 320 km məsafə qət edə bilər. Maksimal sürət isə 146 km/saat təşkil edir.

Cavanşir Məmmədzadə