• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 871
— 23.01.2017 10:03

NASA Plutona “enişin” videosunu yaydı

ABŞ-ın aeronavtika və kosmik fəzalar araşdırmaları mərkəzi - NASA Yutubda kosmik aparatın cırtdan planet – Plutona yaxınlaşması və “eniş”inin videosunu paylaşıb. Çarx “New Horizons” zondunun qeydə aldığı görüntülər əsasında hazırlanıb. “New Horizons” 2015-ci ilin iyulunda Plutona 12,5 min kilometr məsafəyə qədər yaxınlaşıb. “New Horizons” bununla Plutona ən minimal məsafə ilə yaxınlaşan ilk aparatdır. Yüksək keyfiyyətli 100 şəkil əsasında ərsəyə gələn görüntülərdə aparat Plutona yaxınlaşır və Tombo adlı bölgədə enirmiş kimi imitasiya edir. Bura Plutonun “ürəyi” hesab olunur. New Horizons Pluton planetini 9 gün müddətində müşahidə edib və təxminən 50 qiqabayt həcmində informasiya toplayıb. Bu məlumatların ötürülməsinə 15 ay vaxt sərf olunub. Məhz bu informasiyalar əsasında alimlər müəyyən ediblər ki, Plutonun səthində krivulkanlar, hərəkət edən buzlaqlar və dağ massivləri mövcuddur. Ehtimal edilir ki, onların altında iri okean yerləşir.

Cavanşir Məmmədzadə