• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 21.01.2017 15:57

“Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində” kitab-kataloqu Azərbaycan dilində nəşr olundu

KepezTV Player

Gəncədə “Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində” adlı kitab-katoloq işıq üzü görüb. 30 il əvvəl Cahangir Qəhrəmanov və Kamil Allahyarov tərəfindən hazırlanan və rus dilində çap edilən bu nəşri artıq Azərbaycan dilində də oxumaq mümkün olacaq.

“Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində” adlı kitab-kataloqu Azərbaycan dilinə tərcümə edən, çapa hazırlayan və redaktə işi ilə məşğul olan Nizamişünas, professor Xəlil Yusiflidir. 243 səhifəlik kitab-kataloqda Azərbaycanın böyük şairi Nizami Gəncəvinin dünyanın müxtəlif kitabxana fondlarında çap olunan əsərlərinin əlyazmaları haqqında məlumatlar, “Xəmsə”dən xülasələr var.

Xəlil Yusifli- Nizamişünas: “Bəzən nağıl danışılır ki, Nizaminin hardasa yeni bir “Xəmsə”si tapılıb, yeni bir nüsxə əldə edilib. Ancaq bu kitab-kataloqun nəşr olunması bütün söhbətlərə aydınlıq gətirir”.

Dünyada Nizami Gəncəvi “Xəmsə”sinin 400-dən çox əlyazması var. Ancaq şairin yaşadığı dövrdə köçürülən heç bir əlyazma mövcud deyil.

Xəlil Yusifli- Nizamişünas: “"Sirlər Xəzinəsi"nin ən qədim əlyazması 1239-cu ilə aiddir. "İsgəndərnamə"nin bötövlükdə əlyazmasının ən qədim nüsxəsi 1233-cü ilə aiddir. Ancaq qalan əlyazmalar 14-cü əsrə aiddir. Nizami 13-cü əsrin başlanğıcında - 1209-cu ildə vəfat edib. Yəni "Xəmsə"nin 13-cü əsrə aid ayrı elə qədim bötöv əlyazması yoxdur. Əlbəttə görünür ki, Nizami əsərlərini, "Xəmsə"yə daxil olan poemaları daha sonralar bir yerə toplayıblar”.

100 tirajla çap olunan kitabın gələcəkdə ingilis dilində nəşri də nəzərdə tutulub.

Elnur Vahidoğlu