• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2422
— 21.01.2017 15:22

Şəmkirli müəllimlər diaqnostik qiymətləndirmədə məqbul qiymət alıblar

KepezTV Player

Diaqnostik qiymətləndirilmədə iştirak edən 3184 şəmkirli müəllimdən 90 faizinin nəticələri ürəkaçan olub. Nəticələri qeyri-qənaətbəxş olanlar kənd məktəblərində dərs deyənlərdir. Rayonda 11-i əsas, 68-i isə tam orta olmaqla, 79 məktəb fəaliyyət göstərir. Həmin  məktəblərdə 3600-a yaxın müəllim çalışır.

Amin Alıyev- Şəmkir rayon Təhsil Şöbəsinin metodisti: “107 müəllim imtahanlarda iştirak edə bilməyib. Onlardan 65 nəfərinin diplomla bağlı problemi olub. Yerdə qalanları analıq məzuniyyətində olduğundan iştirak etməyib. Ən yüksək nəticəni Məhəmməd Füzuli adına Şəmkir şəhər tam orta məktəbinin riyaziyyat müəllimi Sevinc Orucova əldə edib. Həmin müəllimə imtahanlarda 59 bal toplayıb”.

Natiq Hüseyn