• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2222
— 21.01.2017 11:27

Şeydayev Trabzonda qalır

Türkiyənin "Trabzonspor" klubu əsas heyətinə düşməkdə çətinlik çəkən həmyerlimiz Ramil Şeydayev üçün yeni komanda tapıb. Qara dəniz təmsilçisi legioner limiti dolduğuna görə futbolçunu icarəyə verməyi düşünür. Heyətində 13 əcnəbi olan "bordo mavilər" Şeydayevi şəhərin digər klubu, I liqada mübarizə aparan "Trabzon 1461"ə təklif edib. Futbolçu buna razılıq versə, mövsümün qalan hissəsini I liqa təmsilçisində oynayacaq.

Azad Rəfi