• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1775
— 21.01.2017 10:02

Ford şirkəti model ili 2018 olan yenilənmiş “Mustang”ı təqdim edib

Sportkarın xarici və daxili görünüşü, həmçinin, salonu və aqreqatları dəyişib. Avtomobil indi 10 pilləli avtomatik sürət qutusuna sahib olub. Yenilik fərqli faralar və arxa fənərlər, genişləndirilmiş radiator barmaqlığı, dəyişdirilmiş ön bamper, baqajda antiqanad və yeni kapotu ilə seçilir. Salonda yeni materiallar və 12 düymlük ekran formasında olan rəqəmsal alətlər paneli gözə dəyir. Sonuncu, üç variantdadır: adi, idman və yarış. Təchizat siyahısı piyadalarla toqquşma olacağını xəbərdar edən funksiya ilə də artıb. Motor qammasından 2,7 litrlik V6 atmosfer mühərrik çıxarılıb, lakin 2,3 litrlik turbo “dördlük” və 5 litrlik V8 aqreqatları saxlanılıb. Şirkətdən verilən məlumata görə, motorlar güclü və qənaətcil olub. Ancaq dəqiq göstəriciləri məlum deyil. Transmissiya üçün 6 pilləli mexaniki sürət qutusu hazırlanıb. V8 motoru üçün isə səsi dəyişdirilmiş eqzoz sistemi də təklif edilir. Restaylinqə məruz qalan “Mustang” yeni amortizatorlar və stabilizatorlar əldə edib. Sportkarın ABŞ-da satışına payız aylarında başlanacaq.

 

Cavanşir Məmmədzadə