• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2411
— 21.01.2017 02:25

Gəncədə Kəlbəcər sakini davada bıçaqlandı

Gəncədə bıçaqlanma faktı qeydə alınıb. Kəlbəcər rayon sakini, 25 yaşlı Azər Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ sarğı, alın və ənsə nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Zərərçəkənə tibbi yardım göstərilib, vəziyyəti normaldır. İlkin məlumata görə, Azər Abbasov dava-dalaş zamanı bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. 

Elnur Vahidoğlu