• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 782
— 20.01.2017 20:20

Göygöldə yol qəzası baş verib, xəsarət alan var

Göygöldə yol qəzası qeydə alınıb. Gəncə şəhər sakini 69 yaşlı Alı Səfiyevin idarə etdiyi "BMW"  markalı avtomobillə "Niva" markalı nəqliyyat vasitəsi toqquşub. "BMW"-nin xəsarət alan sürücüsü  Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona sol budun yuxarı hissəsinin sınığı diaqnozu qoyulub. Alı Səfiyev palataya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Elnur Vahidoğlu