• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2416
— 20.01.2017 14:06

Qış fasiləsində hazırlığı ölkə xaricində keçən “Şəmkir” son yoxlama oyununa çıxıb

KepezTV Player

Türkiyədəki təlim-məşq toplanışı dövründə qərblilər 5-ci sınaq matçını daha adlı-sanlı komandaya qarşı keçirib. Belə ki, şəmkirlilərin rəqibi 2 il öncə Avropa Liqasının finalçısı olan “Dnepr” olub. Ukrayna Premyer Liqasının iddialı klubu ilə görüş birinci divizion təmsilçisi üçün məğlubiyyətlə yekunlaşıb. “Şəmkir” dneprlilərə 2 cavabsız qolla uduzub. Bundan öncə Antalya toplanışında “qırmızı-ağlar” Türkiyə və Qazaxıstan klubları ilə qarşılaşıb. İlk oyununda yerli “Kuşadası”na qalib gələn “Şəmkir” Orta Asiya ölkəsinin yüksək liqa təmsilçilərindən “Tobol”la heç-heçə oynayıb, “Okjetpes”i və aşağı divizion klubu “Kiran”ı məğlub edib.

Azad Rəfi