• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 21.01.2017 14:03

Amil Həmzəyev Ukraynada uğurları sıralamaqda davam edir

KepezTV Player

Azərbaycan basketbolunun Ukraynadakı elçisi Amil Həmzəyev uğurları sıralamaqda davam edir. Gəncə basketbol məktəbinin yetirməsi növbəti dəfə turun simvolik komandasına düşüb. Yerli “Kremen” klubunun şərəfini qoruyan həmyerlimiz ən yaxşı mərkəz oyunçusu kimi fərqlənib. Bu, Həmzəyevin Ukrayna çempionatında 3-cü belə uğurudur. Kremençuk klubunun liderlərindən sayılan Amil daha öncə ötən ilin dekabr ayında ən yaxşıların sırasında yer alıb. Karyerasını ölkə xaricində davam etdirən azsaylı milli basketbolçulardan biri olan Həmzəyev 2016-cı ilin yayından Ukraynada çıxış edir. O, fəaliyyətini dayandırmış “Gəncə” klubunun heyətində vaxtilə Azərbaycan çempionatının gümüş mükafatını qazanıb. Həmçinin, Bakıda keçirilən ilk Avropa Oyunlarının iştirakçısı olub.

Orxan Cəfərzadə