• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 799
— 19.01.2017 15:27

Gəncənin səhiyyə işçiləri 20 Yanvar qurbanlarını andılar

KepezTV Player

20 Yanvar hadisələri zamanı tibb işçilərinin fədakar əməyindən Gəncənin Səhiyyə İdarəsində söz açılıb. Yaralanan, xəsarət alanların köməyinə tələsən təcili yardım maşınlarının güllə-boran edilməsi, xəstəxanaların elektriklə təminatının dayandırılması, həkimlərin təcili müdaxiləyə ehtiyacı olanlara kömək etməsinə imkan verilməməsi vandalizm, insanlıqdan kənar hərəkət kimi qiymətləndirilib. Qarşılaşdığı çətinliklərə baxmayaraq səhiyyə işçilərinin əllərindən gələni əsirgəmədiyi, onlarla yaralıya həyat vermələri fədakarlıq kimi dəyər alıb. 27 il bundan öncə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda meydanlara atılaraq şəhid olan soydaşlarımızın xatirəsinin daim yaşayacağı faciəyə həsr olunan filmədə də öz əksini tapıb. 

Xaliq Qurbanlı