• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 19.01.2017 15:23

Şəmkirli gənclər 20 Yanvar faciəsinin qurbanlarını yad ediblər

KepezTV Player

Şəmkirli gənclərin də xatirəsində 20 Yanvar hadisələri qəhrəmanlıq, mübarizlik tarixi kimi yaşayır. Bunu nümayiş olunan rəsmlərdən, əl işlərindən ibarət sərgidən də sezmək olar. 27 il bundan öncə baş verənlərə tarixi, həm də milli yöndən yanaşan gənclər hadisə qurbanlarının xatirəsinin müxtəlif idman yarışları və müsabiqələrlə yad edildiyinə, illər ötdükcə bu tarixin Azərbaycanın qəhrəmanlıq səlnaməsinə çevrildiyinə diqqət çəkiblər. Ötən ilin aprelində cəbhə xəttində baş verən döyüşlər zamanı Şəmkirdən olan gənclərin də göstərdiyi mübarizliyin müstəqillik uğrunda əkilən toxumların bəhrəsi olduğunu vurğulayıblar.

Emin İsmayılov- Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi: “20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədər silsilsə tədbirlər təşkil olunub. Bugünkü anım tədbiri də həmin toplantıların davamıdır. Məqsədimiz gələcək nəsillərə 20 Yanvar faciəsinin dəhşətlərini anlatmaq, faciə qurbanlarını yad etməkdir”. 

Natiq Hüseyn