• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 677
— 19.01.2017 15:18

Gəncədə “20 Yanvar”la bağlı keçirilən inşa yazı müsabiqəsi başa çatıb

KepezTV Player

Gəncənin orta məktəblərində keçirilən "20 Yanvar"la bağlı inşa yazı müsabiqəsinə yekun vurulub. Final mərhələsində şəhərin 46 məktəbinin hər birindən qalib seçilən şagirdlər mübarizə aparıb. 8-11-ci siniflərdə oxuyanların qatıldığı müsabiqə “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir”, “20 Yanvar şəhidlik zirvəsidir” və “20 Yanvar qan yaddaşımızdır” adlı mövzuları əhatə edib. Qaliblər müəyyənləşdirilib mükafatlandırıldıqdan sonra 27 il bundan öncə baş verənləri əks etdirən ədəbi-bədii gecə keçirilib. Xalqa, vətənə, şəhidlərə aid şerlər səsləndirilib, kompozisiyalar nümayiş olunub.

Söhrab Hacıyev- Gəncə şəhər Təhsil İdarəsinin Metodik Mərkəzinin direktoru: “Ümumtəhsil məktəblərində inşa yazı müsabiqəsi, şer müsabiqəsi, rəsm müsabiqəsi və ədəbi bədii kompozisiyalar keçirilir. Ümumtəhsil məktəblərində birinci saat dərslər 20 Yanvar faciəsinə həsr ediləcək və şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla anılacaq. Belə tədbirlərin keçirilməsi şagirdlərimizdə vətənimizə, dövlətimizə olan sədaqəti daha da artırır. Onların vətənpərvər ruhunda tərbiyə olunmasına, tariximizlə tanış olmasına gətirib çıxarır.

Elnur Vahidoğlu