• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 19.01.2017 12:58

Bakıda 2 nəfər bıçaqlandı

KepezTV Player

Kiminsə sağlamlığına qəsd etmək - bu, adamda nifrət, qəzəb, neqativ hisslərə köklənməyi tələb edir. Neqativ olan hər bir şey isə insan adına ziddir. İnsanıqsa kiminsə sağlam yaşamaq hüququnu əlindən almamalıyıq. Təəssüf ki, bunu nəzərə almayanlar var. Onların əməllərinin nəticələri qarşıdakı materialda.

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 33 yaşlı Tural Səfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Səfərov yaralı vəziyyətdə taksiyə əyləşərək təcili tibbi yardım məntəqəsinə gedib, daha sonra xəstəxanaya aparılıb. Qarın və bud nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulan şəxs əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib. Çoxlu qan itirdiyindən vəziyyəti ağır olan Səfərovu dindirmək mümkün olmayıb. Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb. Turalın sağlamlığına qəsd edən şəxsin axtarışları davam etdirilir.

Bakının Binəqədi rayonunda da bıçaqlanma hadisəsi baş verib. Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 35 yaşlı Aruz Abdullayevin bir nəfərlə mübahisəsi düşüb. Söz davasının sonunda tanışı Aruz Abdullayevə bıçaqla bir neçə zərbə endirərək hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırlıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Polis əməkdaşları yaralının ifadəsini alıblar. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb.
Zülfiyyə Telmanqızı