• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 19.01.2017 10:03

“McLaren P1 GTR” superkarı ABŞ-da satışa çıxarılıb

Çox məhdud sayda buraxılan “McLaren P1 GTR” superkarı ABŞ-da satışa çıxarılıb. Britaniyalılar “McLaren P1”dən 375 ədəd, GTR versiyadan isə cəmi 35 ədəd hazırlayıblar. Buna görə, analoji superkara xeyli kolleksiyaçı maraq göstərir. Satıcı qiyməti açıqlamır, amma çətin ki, dəyər 4 milyon dolları ötsün. “P1 GTR” xələfindən bir sıra maraqlı xüsusiyyətlərinə, o cümlədən, optimallaşdırılmış kuzovuna görə seçilir. Bu cür kuzov aerodinamikanı yaxşılaşdırır. Digər özəlliklərdən 3,8 litrlik V8 tvin-turbo motoru qeyd etmək olar. O, elektromotorla birgə 987 at gücünə yiyələnib. Standart versiya isə bundan 84 at gücü azdır.

 

Cavanşir Məmmədzadə