• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 24.11.2016 15:57

Şəmkir məktəbləri istiliklə tam təmin edilib

Şəmkir rayonunda təhsil müəssisələrinin istiliklə təchizatında çətinlik gözlənilmir. Rayon təhsil şöbəsindən verilən məlumata görə, məktəblərdə qışa hazırlıq tam yerinə yetirilib. Ötən tədris ilində olduğu kimi, bu mövsüm də məktəblərdən 3-ü odun, 9-u dizel yanacağı, 5-i elektrik enerjisi, yerdə qalanı isə müasir istilik sistemi ilə qızdırılır. Qazanxana mövcud olan məktəblərdə qaz qurğuları təmir edilib və xətlərdə yoxlamalar aparılıb. Hava şəraiti nəzərə alınmaqla məktəblərə 1080 kubmetr odun yanacağı ayrılıb. Bu il Şəmkir rayonunda iki məktəb binası əsaslı təmir olunaraq istifadəyə verilib. Hər iki təhsil ocağında mərkəzi qazanxana sistemi yaradılıb. Bununla da rayonda fəaliyyət göstərən 78 məktəbin 50 faizi müasir istilik sistemi ilə təchiz edilib.

Firdovsi Aslanov- Şəmkir rayon Təhsil Şöbəsinin Metodik Kabinetinin müdiri: “Əsasən dağ məktəblərimizdə odun yancağından istifadə edirlər ki, onlar da demək olar ki, tam olaraq odun yanacağı ilə təchiz edilib. Digər məktəblərimizdə də istilik normaldır. Gündəlik olaraq tədrisin gedişini nəzarətdə saxlayırıq”.

Natiq Hüseyn