• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2127
— 24.11.2016 13:43

Gəncədə yollar qışa hazırlanıb

Gəncəyə hələ qar yağmasa da, bu, şəhər təsərrüfatını arxayın sala bilməz. Çünki şaxtalı keçən havalar qar yağacağı təqdirdə küçələrdə avtomobil və piyadaların hərəkəti üçün çətinlik yarada bilər. Bunu nəzərə alan aidiyyatı qurumun işçiləri qışa hazırlıqla əlaqədar olaraq anbarlara 100 ton duz və qum tədarük edib. Eləcə də yolların və səkilərin qardan və buzdan təmizlənməsi üçün 10-dan artıq müxtəlif təyinatlı texnikaya texniki baxış keçirilib.

Mikayıl Zeynalov- Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini: “Şəhər təsərrüfatı qış mövsümünə tam hazırdır. Belə ki, yolların qardan və buzdan təmizlənməsi üçün duz, qum ehtiyatı tam görülüb. Təsərrüfatın xüsusi texnikaları işlək vəziyyətə gətirilib. Şəhərin istilik sistemi noyabr ayının 15-dən etibarən qış rejiminə keçib. Uşaq bağçalarında, məktəblərdə, ictimai binlarda istilik tam təmin olunub. Eyni zamanda, şəhərin qaz, elektrik və su təsərrüfatları qış mövsümünə hazırdır”.

Xaliq Qurbanlı