• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1351
— 18.11.2016 15:19

Futbol üzrə Azərbaycan birinci divizionunda 12-ci turun oyunları keçirilir

Qərb komandalarından “Göyəzən”in İmişli səfərində “Mil-Muğan”a uduzduğu turda çempionatın lideri “Turan Tovuz” doğma meydanda oyuna çıxıb. Tovuzlular şəhər stadionunda “Şahdağ”ı qəbul ediblər. 2000-ə yaxın tamaşaçının izlədiyi görüş ev sahiblərinin minimal hesablı qələbəsi il başa çatıb. Əsgər Abdullayevin yetirmələri rəqibinə çətinliklə qalib gəlib. Tovuz klubu final fitinə 12 dəqiqə qalmış qələbə topunu vurmağa nail olub. Cərimə meydançasında qayda pozuntusuna görə təyin olunan 11 metrliyi komandanın vuran ayağı Rəhman Musayev dəqiq yerinə yetirib – 1:0. Bu qələbə ilə xallarının sayını 30-a çatdıran “Turan Tovuz” turnir cədvəlində vahid liderliyini qoruyub. 

17 noyabr
“Turan Tovuz” 1-0 “Şahdağ” - 1:0
Qol:
 Rəhman Musayev, 76 (p.)

“Şəmkir” - “Səbail” - 2:0
Qollar: Bəhruz Teymurov, 50; Anar Babazadə, 90+10)

“Mil-Muğan” - “Göyəzən” - 6:2
Qollar: Bayram Əliyev, 2; Orxan Əsgərov, 29 (ö.q.); Emil Həsənzadə, 57; Raul Yaqubzadə, 71; Elməddin Məmmədov, 76; Zaman Mirzəzadə, 86 // Fizuli Ocaqverdiyev, 38; Azad Böyükkişiyev, 60

MOİK - “Qaradağ Lökbatan” - 2:2
Qollar: Məhəmməd Bədəlbəyli, 15; Ramil Orucov, 57 // Emin Mustafayev, 27; Mübarək Şaquliyev, 45+1

Azad Rəfi