• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1073
— 18.11.2016 15:50

Gəncədə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda müzakirələr aparılıb

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmilərinin şəhərdə fəaliyyət göstərən ali məktəb tələbələri ilə görüşü bu istiqamətdə olub. Dini icma rəhbərlərinin də qatıldığı yığıncaqda multikulturalizm ili çərçivəsində reallaşdırılan bu səpkili görüşlərin əhəmiyyəti gənclərin müxtəlif cərəyanlarlardan kənar formalaşması baxımından xarakterizə edilib. Dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edilib. Multikultural və tolerant dəyərlər barədə tələbələrlə diskusiya aparılıb. Müzakirələr Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sifarişi ilə lentə alınan "Fitnə" sənədli filminin nümayişi ilə davam edib.

Gülnar Fazilqızı