• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2175
— 12.11.2016 16:02

Gəncədə Konstitusiya Günü münasibətilə yarış keçirilib

Gənclərin konstitusiya barədə bilikləri intellektual oyunla yoxlanılıb. Gəncədə Konstitusiya Günü münasibətilə 22 komandanın iştirakı ilə təşkil olunan yarış 2 mərhələdə baş tutub. Ümumilikdə təqdim olunan 24 suala hamıdan tez və düzgün cavab verən komandalar tutduqları yerə uyğun olaraq kubok, medal və diplomlarla təltif olunublar.

Natiq Salahov- Gəncə İntellektual Klubunun sədri: “Həm bu gün keçirilən oyunun qalibləri, həm də sabah keçiriləcək turun qalib komandaları dekabr ayında Bakıda keçiriləcək çağırış kubokuna qatılacaqlar. Ümidvaram ki, Gəncəmizi təmsil edən komandalar bizi orda da layiqincə təmsil edəcəklər”.

Xaliq Qurbanov